Modern.az

Bakıda 1-ci kurs tələbəsi bıçaqlanıb

Bakıda 1-ci kurs tələbəsi bıçaqlanıb

5 Noyabr 2016, 01:11

Nəsimi rayonu ərazisində 31 saylı Mənzil Kommunal İstismarı sahəsinin inzibati binasının qarşısında qanlı hadisə qeydə alınıb. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi Sahil Musazadəyə mübahisə zamanı sinif yoldaşı bıçaqla xəsarət yetirib.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış təbdirləri aparılır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi