Modern.az

“20 Yanvar” metrosunda “bomba” qoyulduğunu bildirən şəxs tutuldu

“20 Yanvar” metrosunda “bomba” qoyulduğunu bildirən şəxs tutuldu

5 Noyabr 2016, 13:03

Bakıda metrosunda bomba həyəcanı yaşanıb. Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

 

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib. Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi