Modern.az

Türkiyə səfiri HDP-çi deputatların həbsinə TOXUNDU

Türkiyə səfiri HDP-çi deputatların həbsinə TOXUNDU

7 Noyabr 2016, 16:14

“Türkiyədə millət vəkillərinin həbsi ilə bağlı proses yeni başlamayıb”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir bildirib ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyaların 154 deputatının toxunulmazlıq hüququ aradan qaldırılıb:

 

“Onlardan bəziləri bu günə kimi prokurorluğa gedib ifadə veriblər. Sözügedən millət vəkillərinin həbsinin səbəbi bu günə kimi ifadə verməmələridir.

 

Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır və işlənən cinayət cəzasız qalmamalıdır”.

 

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi