Noyabrın 8-də Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək. Prezidentlik postu uğrunda əsas mübarizə Respublikaçılar Partiyasından Donald Tramp və Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klinton arasında olacaq.
Bir müddət öncə Bakıda səfərdə olan ABŞ-ın Konqress ve prezident tədqiqatları mərkəzinin təsisçisi Ceyms Thurber Modern.az-a açıqlamasında bildirmişdi ki, ABŞ-da seçkiləri izləmək üçün Azərbaycandan da nümayəndələr də dəvət olunacaq.
Bəs ABŞ-dakı seçkiləri izləmək üçün Azərbaycandan kimlər iştirak edəcək?
Məsələ ilə bağlı Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, ABŞ-dakı seçkiləri müşahidə etmək üçün Azərbaycandan kimsə iştirak etməyəcək.
“Amerika Birləşmiş Ştatlarında belə bir qayda var ki, onlar heç bir müşahidəçi qəbul etmirlər. ATƏT-in müşahidəçilərin də seçkiləri izləməyə buraxmırlar”.
Mirmahmud KAZIMOĞLU