Modern.az

Gürcüstanda orduya məcburi çağırış bərpa olundu

Gürcüstanda orduya məcburi çağırış bərpa olundu

7 Noyabr 2016, 16:44

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili müdafiə naziri Levan İzoriyanı qurumda islahatların həyata keçirilməsi prosesində tam dəstəklədiyini bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, L. İzoriya bu gün özünün 100 günlük fəaliyyətinə dair hesabat verib və nazirlikdə bir sıra islahatların həyata keçirilmə planları barədə danışıb.

Nazir xüsusilə bəyan edib ki, orduya məcburi çağırışı bərpa ediləcək.

 

“Bunlar çox vacib islahatlardır. Bu sahədə çox şeyi dəyişməliyik və müdafiə sistemimizi Qərb və NATO standartlarına çatdırmalıyıq”.

 

G. Kvirikaşvili bildirib ki, Gürcüstan təhlükəsizlik çağırışları qarşısında dayanıb və buna görə də hərbi sistem, müdafiə və təhlükəsizlik sistemi belə çağırışlara tam hazır olmalıdır.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi