Modern.az

"Müstəqilliyimizin 3 rəngi" filmi nümayiş olundu

"Müstəqilliyimizin 3 rəngi" filmi nümayiş olundu

7 Noyabr 2016, 17:06

Hərb Tarixi Muzeyində Azərbaycanın  dövlətçlik rəmzlərindən olan Dövlət Bayrağının qəbul edilməsinin 98 illiyinə həsr olunmuş "Müstəqilliyimizin və Milli mənsubiyyətimizin rəmzi olan Bayrağımız" adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir himn oxunduqdan sonra başlayıb. Təbdirdə çıxış edən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan bayrağının tarixindən bəhs edərək bildirib ki, dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımız yaranma tarixi XX əsrin əvvəllərinə təsadüf edir.

 

"Bu bayraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biriridir. 2007-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti ,Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əıiyev Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.

 

Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi ilə haqqında sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı günü kimi qeyd olunur”.

Daha sonra tədbirdə CBS televiziyasının çəkdiyi "Müstəqilliyimizin 3 rəngi" filmi nümayiş olunub.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi