Modern.az

Bakıda təcili eniş edən təyyarənin sərnişini vətəninə yollanıb

Bakıda təcili eniş edən təyyarənin sərnişini vətəninə yollanıb

Aktual

7 Noyabr 2016, 18:02

London-Dehli reysi ilə uçan "British Airways" aviaşirkətinə məxsus təyyarə ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanına məcburi eniş edib. Bu barədə Modern.az-a hava limanından məlumat verilib.

 

Verilən məlumata görə, Boeing 777 təyyarəsi sərnişinlərdən birinin səhhətində yaranan problemlərlə əlaqədar Bakı aeroportunda təcili eniş etməli olub. Berri Stiven Edrik adlı sərnişin Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilib.

 

Həmin sərnişinin müalicəsinin uğurla başa çatdığı deyilir və qeyd olunur ki, o daha sonra təyinat nöqtəsinə çatdırılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi