Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunu buraxacaq.
Qol.az-ın məlumatına görə, buna futbolçunun bu gün "Dalğa Arena"da məşq zamanı zədələnməsi səbəb olub. 34 yaşlı müdafiəçi zədəli olsa da, komanda ilə birgə bu gün Şimali İrlandiyaya gedib.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-i keçiriləcək.
Modern.az