Modern.az

Diktatoru milli qəhrəmanların yanında basdıracaqlar

Diktatoru milli qəhrəmanların yanında basdıracaqlar

Aktual

8 Noyabr 2016, 16:34

Filippinin Ali Məhkəməsi ölkənin keçmiş diktatoru Ferdinand Markosun milli qəhrəmanların qəbiristanlığında dəfninə razılıq verib.

Modern.az xarici mediya istinadən bildirir ki, müvafiq göstərişi buna qədər Fillippin prezidenti Rodriqo Duterte də verib.

Keçmiş diktatorun məzarı məsələsi demək olar 25 il boyunca təxirə salınırdı. Markosun qalıqları 1993-cü ildən Şimali İlokos şəhərində ailə türbəsində saxlanılırdı.

Ferdinand Markos 1965-ci ildən 1986-cı ilədək Filippinin prezidenti olub. 1986-cı ildə xalq inqilabından sonra o ailəsi ilə ölkədən Havay adalarına qaçıb. Üç il sonra orada ölüb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi