Modern.az

Vergilər Nazirliyi büdcəyə bu qədər vəsait köçürüb - RƏQƏM

Vergilər Nazirliyi büdcəyə bu qədər vəsait köçürüb - RƏQƏM

Aktual

8 Noyabr 2016, 16:55

2016-cı ilin yanvar - oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub.

 

Bu haqda nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib ki, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

 

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.

 

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi