Amerika prezidentliyinə namizəd Hillari Klinton Nyu-Yorkdakı seçki dairələrindən birində səs verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə məntəqəsinə Klinton öz həyat yoldaşı Bill Klintonla birlikdə gəlib.
Xanım siyasətçinin məntəqəyə gəlməsinə görə məntəqə önündə ciddi sıxlıq da yaşanıb.
Son rəy sorğuları Klintonun Trampdan 4% öndə olduğunu göstərir.
Vüqar İSMAYILOV