Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.
Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir.
Modern.az