“Soyuqların düşməsi, qarlı, şaxtalı qış günlərinin yaxınlaşması istilik problemi haqqında insanları düşündürməyə bilməz. Amma Tovuzun Hunanlar kəndinin sakinləri bu çətinliyi 24 ildir ki, yaşamaqdadırlar. Sovet dönəmində kəndə mavi yanacaq verilsə də, sonradan təbii qazın verilişi dayandırılıb. Kənd əhalisi onlara maddi cəhətdən baha başa gələn odunla vəziyyətdən çıxmağa çalışıblar”. Modern.az saytı xəbər verir ki, bunu reksiyamıza Tovuz rayonunun Hunanlar kəndinin sakini Zaur Cəfərov bildirib.
Z.Cəfərovun sözlərinə görə, Hunanlar kəndinin rayon mərkəzi ilə arasındakı məsafə 16 kilometrdir: “Yaxın məsafəyə baxmayaraq, Tovuz rayonunun digər yaxın və ucqar kəndlərinə mavi yanacaq verilsə də, Hunanlar kəndinə nəsib olmayıb. Üstəlik, təxminən iki il əvvəl Tovuz QİS-dən kəndin qısa vaxt ərzində qazlaşdırılacağı deyilsə də, hələ də bu məsələ problem olaraq qalır. Amma, nəzərə almaq lazımdır ki, kənd əhalisinin böyük qismi 1988-ci ildə öz tarixi dədə-baba yurdlardından qovulmuş insanlardır. Buna görə də bu məsələnin üstündə çox ciddi diqqət mərkəzində saxlanılmalıdır. Kənd əhalisi səbirsizliklə mavi yanacağın verilməsini gözləyir. Ümid edək ki, “Azəriqaz” İstehsalat Birliyi kənd əhalisini intizarda qoymayacaq və ən qısa vaxt ərzində onları sevindirəcək”.
Modern.az