Modern.az

Azərbaycan və Ukrayna prezidenti arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna prezidenti arasında telefon danışığı olub

Aktual

9 Noyabr 2016, 21:06

Bu gün Prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko  arasında telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.

P.Poroşenko Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan liderini təbrik edib.  Tərəflər iyulun 14-də Bakıda keçirilmiş görüşdə əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluq ifadə ediblər. 

P.Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü  davamlı və ardıcıl dəstəklədiyinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

 

Pyotr Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfər dəvət edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi