Noyabrın 8-də Xəzər dənizində itkin düşən şəxsin kimliyi məlum olub. Bu haqda Modern.az-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. O deyib ki, məlumat tam dəqiqdir:
“Biz bu məlumatı itkin düşən şəxsin qonşuları ilə də dəqiqləşdirmişik. Əgər səhvdirsə, BP buyurub təkzib versin”.
Hüuquq müdafiəçisinin verdiyi məlumata görə, itkin düşən şəxs Qalib Hacıyevdir.
O, "KCA-Deutag" şirkətinin əməkdaşıdır.
Xatırladaq ki, Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən verilən məlumata görə, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Onun kimliyi açıqlanmayıb. Bu gün isə şirkət sudan insan meyiti çıxarılması ilə bağlı məlumat yayıb.
Gülşən RAUFQIZI