Modern.az

Parlament 4 məcəlləyə dəyişillik etdi

Parlament 4 məcəlləyə dəyişillik etdi

11 Noyabr 2016, 12:20

Parlamentin bugünkü iclasında Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib.

 

Modern.az-ın xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında məlumat verib. O bildirib ki, 3 layihə bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Layihənin üçü də ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

 

Həmçinin Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Qanun layihələrindəki dəyişikliklərin texniki xarakter daşıdığı vurğulanıb.

Layihələr səsə qoyularaq qəbul olunu

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi