Moldovada prezident seçkilərinin nəticələri məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sosialist namizəd İqor Dodon 52,47% səs toplayaraq yeni prezident seçilib.
İkinci yerdə isə “Fəaliyyət və Həmrəylik” partiyasının qadın namizədi Mayya Sandu qərarlaşıb. O 47,43% səs yığıb.
İqor Dodon daha çox Rusiya tərəfdarı kimi tanınır və ölkəsinin Avropa Birliyi ilə yaxınlaşmasına ehtiyatla yanaşır.
Vüqar İSMAYILOV