Modern.az

Bu il Azərbaycanda qaraciyər və böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI

Bu il Azərbaycanda qaraciyər və böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI

14 Noyabr 2016, 12:15

“2016-cı ilin ilk ayından bu günə qədər 18 qaraciyər köçürülməsi həyata keçirilib”.

Bu haqda Modern.az-a Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

O bildirib ki, qaraciyər köçürülən ən kiçik xəstənin yaşı 4, ən böyüyünün yaşı isə 63 yaş olub.

M.Kazıminin sözlərinə görə, böyrək köçürülən xəstələrin sayı 38-dir:

“Bu il ərzində böyrək köçürülən 2 nəfər dünyasını dəyişib. Əməliyyatdan sonra ölən xəstələr  43 və 31 yaşlarında kişilər olub. Böyrək köçürülən ən kiçik pasiyentimiz 6 , ən böyük pasiyentimiz isə 68 yaşındadır”.

 

Qeyd edək ki, xəstəxanada böyrək köçürmə əməliyyatı 12 min, qaraciyər köçürməsi isə 45 min manatdır. Həkim deyib ki, qiymətlərdə heç bir dəyişiklik olmayıb.

Xatırladaq ki, 2015-ci ilin anoloji dövründə Mərkəzi Neftçilər Xəstəxanasında 76 böyrək, 14 qaraciyər köçürülməsi həyata keçirilib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi