Modern.az

Obama prezident kimi sonuncu böyük turnesinə çıxır

Obama prezident kimi sonuncu böyük turnesinə çıxır

14 Noyabr 2016, 12:54

2017-ci ilin yanvar ayında müddəti başa çatan ABŞ prezidenti Barak Obamanın noyabrın 14-də dövlət başçısı kimi sonuncu böyük turnesi başlayırş. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, noyabrın 14-dən 20-nə qədər Yunanıstana, Almaniyaya və Peruya gedəcək.

 

Səfər ərəfəsi Obamanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib ki, əvvəlcə prezidentin yalnız Peruda keçiriləcək ATES sammitinə getməsi planlaşdırılmışdı.

 

“Biz Avropada dayanmağı qərara gəldik ki, bir daha yaxın müttəfiqlərimiz və ölkələrlə hərmrəyliyimizi nümayiş etdirək.  Bu müttəfiqlərimiz prezidentin 8 illik fəaliyyəti zamanı yaxın tərəfdaşlar olublar”, -  o, söyləyib.

 

Onun sözlərinə görə, Amerikanın lideri güclü və vahid Avropaya dəstəyini nümayiş etdirmək niyyətindədir. Bu həm də ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi