Modern.az

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi

Zakir Həsənov səhra şəraitində müşavirə keçirdi

14 Noyabr 2016, 13:48

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.

 

Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

 

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

 

 

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi