ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi Hillari Klinton əri, keçmiş prezident Bill Klintondan ayrılır.
Modern.az xəbər verir ki, bu barədə “Christian Times Newspaper” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, xanım Klinton boşanma üçün sənədlərinin artıq məhkəməyə verib. Nəşr sübut olaraq boşanma haqqında iddia ərizəsinin şəklini dərc edib.
Qəzet yazır ki, ABŞ-ın sabiq dövlət katibi 1975-ci ildən nikahda olduğu ərindən fikir ayrılıqlarına görə boşanmaq istəyir. Həmçinin cütlük çoxdan ayrı yaşayır . Bill Klinton iddiada cavabdeh kimi yer alıb, Hillari hətta imzasını “iddiaçı” qrafasında da atıb.
Qeyd edək ki, Bill və Hillari Klinton 40 il bundan öncə ailə qurub. Onların Çelsi adlı qızları, eləcə də iki nəvələri var.
Mirmahmud KAZIMOĞLU