Modern.az

İsrail azanı qadağan edir

İsrail azanı qadağan edir

14 Noyabr 2016, 17:07

İsrail səsgücləndirici ilə azan oxunmasını qadağan edən bir qanunu həyata keçirməyi planlaşdırır.

 

Dəyişikliyi gündəmə gətirənlərin fikrincə insanlar indiki zamanda tezdən oyanmaq üçün azan yerinə zəngli saatdan istifadə edirlər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu da bu bu dəyişikliyi dəstəkləyir. Başnazirlik nümayəndələri, səs ucaldıcıdan gələn yüksək azan səsindən Xristianlar, Yəhudilər və hətta bəzi Müsəlmanların da dəfələrlə şikayət etdiyini bildirib.

 

Bu düzəlişin qanuniləşməsi üçün İsrail məclisində 3 iclasda müzakirə olunması lazımdır.

 

Sosial demokrat partiya olan Meretz Partiyası isə təklifin populist və irqçi olduğu düşüncəsindədir. Meretz Partiyası bu dəyişikliklə məscidləri problem halına gətirərək Müsəlmanların qıcıqlanlandırılmasına hesablandığını bildirib.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi