Modern.az

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14 Noyabr 2016, 18:44

Noyabrın 16-da Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Modern.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması fondun ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 75 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar dekabrın 14-də ödəniləcək.

Mərkəzi Bank qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi