Noyabrın 19-da Gürcüstanın yeni hökumətinin tərkibi açıqlanacaq. Modern.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Dmitri Kumsişvili jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, indiki baş nazir Georgi Kvirikaşvili hökumətin yeni tərkibini yeni seçilən parlamentə təqdim edəcək. Hazırki Nazirlər Kabinetinin üzvləri isə həmin vaxtadək öz səlahiyyətlərini icra edəcək.
Modern.az