Modern.az

Putin və Merkel Suriya böhranını müzakirə edib

Putin və Merkel Suriya böhranını müzakirə edib

14 Noyabr 2016, 22:59

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, tərəflər Donbasda atəşkəs rejiminin davamlı şəkildə pozulmasından narahatlığını bildiriblər.

Məlumata görə, tərəflər, həmçinin, Suriya böhranının nizamlanması və bir sıra ikitərəfli məsələlərə toxunulub.

Almaniya kansleri ilə danışıq zamanı Vladimir Putin Rusiya qazının Ukrayna ərazisi ilə Avropa istehlakçılarına tranzitini də müzakirə edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi