Gənc mühəndislər Orxan Mamedov və Seymur İlyasovun birlikdə ərsəyə gətirdiyi “Sənayenilənmə” romanının təqdimat mərasimi keçrilib. Modern.az saytı xəbər verir ki, tədbirdə ilkin olaraq roman haqqında qısa məlumat veridikdən sonra müəlliflər çıxış edib. Müəlliflər bildiriblər ki, ölkə başçısının təşəbbüsü və tapşırıqları əsasında ölkəmizdə yeni-yeni sənaye sahələri yaradılır. Qeyd edilən sənaye sahələrinin fəaliyyətinin inkişaf etdirilməsi üçün savadlı mühəndis heyətinə ehtiyac vardır. Ölkə rəhbərinin qeyri -neft sektorunun inkişafına dair imzaladığı sərancam və fərmanlar buna əyani sübutdur. Cənab Prezidentin bu günlərdə imzaladığı Mühəndislər İnsititunun yaradılmasına dair sərancam yaxın zamanlarda dunya mühəndisləri ilə rəqabət apara biləcək böyük bir kadr kütləsinin formalaşmasına səbəb olacaq. Gənclərə olan bu cür diqqət və qayğının nəticəsi olaraq müəlliflər bu mövzuda ilk olaraq roman yazmağı qərara alıblar. Onlar öz çıxışlarında bildiriblər ki, bu roman yeni yaradılan və inkişaf etməkdə olan bütün sanaye sahələrinin inkişafına az da olsa öz müsbət töhfə verəcəyinə ümid edirlər. Həmçinin, sənaye sahələrinə qəbul olunan tələbələrin öz bilgilərini artırmağa kömək edəcək.
Əsərin necə ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşən müəlliflər əsərin hər iki professional mühəndis tərəfindən üç il müddətində tamamlandığını bildirib. İstehsal proseslərinin effektivliyinin azalması, müəssisənin məhsuldarlığının isə çox aşağı bir səviyyəyə enərək batmaqda olan bir müəssisənin optimal planlama metodlarının, düzgün kadr islahatlarının tətbiqi ilə təkrar canlanması və hətta beynəlxalq standartlara cavab verən və dünya bazarında rəqabət aparan bir istehsal müəssisəsinə necə çevrildiyini izah edən bir əsərdir. Əsərin yazılması çox maraqlı bir hadisəyə dayanmaqdadır.
Müəlliflər ayrı ayrılıqda uzun müddət təhsil və təcrübələrini toplayaraq istehsal planlama və istehsal proseslərinin idarə edilməsi mövzusunda iki ayrı əsər yazmağa başlayıblar. Bir neçə il sonra eyni müəssisədə çalışmağa başladıqlarında yazdıqları əsər haqqında fikirlərini bölüşərkən əslində eyni mövzulara toxunduqları ortaya çıxıb. Müəlliflər qərara gəliblər ki, hər iki kitabda olan bu dəyərli məlumatları tək kitab halında cəmləşdirib çap etdirsinlər. Məhz belə olduqda iki qat daha faydalı, iki qat daha keyfiyyətli amma tək bir əsər olacaqdı ki, bu da olduqca faydalı, sənaye sahələri üçün əvəz olunmaz bir əsəri ortaya çıxarmaq deməkdi. Kitaba ədəbi motivləri də əlavə edib roman tərzində yazan müəlliflər nəticə etibarilə mühəndis olmaqlarına baxmayaraq olduqca maraqlı və axıcı bir əsəri ortaya çıxarıblar. Əsərdəki hadisələrin bir çoxu real həyatdan götürülüb. Dünyanın bir sıra qabaqcıl universitetlərində sevilərək oxudulan və dunyada rəqib tanımayan müəssisələrində sənaye əl kitabı olan və “Constraints Theory” metodu ilə yazılan və çox böyük rəğbət görərək “best seller” olan ” The Goa”l əsəri tərzində yazılıb. “Sənayenilənmə” romanını “The Goal” əsərindən ayıran ən önəmli xüsusiyyət isə son illərin çox ehtiyac duyulan metodologiyası olan “İstehsal Xəttinin Balanslaşdırılması” üsulu ilə məhsuldarlığın artırılması istiqamətdində davam etməsidir. Yapon dilində “Yamazumi” adlanan metod dünyanın bir sıra aparıcı sənaye müəssisləri tərəfindən tətbiq edilməkdədir. Əsərdə istehsal prosesində baş verən plansızlıq, proseslərin düzgün sıralana və istehsal prosesindəki idarə etmə, həmçinin nəzarətin böyük ölçüdə icra edilə bilməməsi, istehsalda baş verən münaqişələr, dünya təcrübəsinin inteqrasiyası və biraz da sevgidən bəhs edilir. Sənayenilənmə əsəri təkcə istehsal proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmayıb. İstər istehsalat sahəsi olsun, istərsə də xidmət sahələri olsun ümumilikdə biznes proseslərinin idarə olunmasında çox faydalı, ixtisasından və peşəsindən asılı olmayaraq hər kəsin rahatlıqla oxuyub anlaya biləcəyi bir əsərdir. Sənayemizə xüsusən də gənc mühəndislərin yetişdirilməsində, bilik və təcrübələrinin artırılmasında çox böyük önəmə sahib ola biləcək bir əsərdir.
Sonda tədbirdə çıxış edən qonaqlar müəlliflərə uğurlar diləyərək bu mövzularda yeni əsərlər gözlədiklərini bildiriblər.
Modern.az