Yevlaxda it oğruları tutulub. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Qasımov və Zaur Əliyev saxlanılıblar. Onlar noyabrın 14-də rayon sakini Bəhruz Zalova məxsus yardımçı təsərrüfatdan 3 cins iti, 5 ev quşunu və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinirlər. Hər iki şəxs əvvəllər məhkum olunublar.
***
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Quzanlı kənd sakini Elşən Səlimova məxsus həyətyanı sahədən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən həmyerlisi Aqif Həsənov tutulub..
Modern.az