Modern.az

“Qızını ərə getməyə məcbur edən ata cinayətə yol verir”          

“Qızını ərə getməyə məcbur edən ata cinayətə yol verir”          

18 Noyabr 2016, 12:32

“Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericliyə yenə də dəyişikliklər edilməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

Erkən nikahlarla bağlı problemə toxunan komitə sədri deyib ki, əgər ata qızını ərə getməyə məcbur edirsə, o, artıq cinayətə yol verir:

 

“O, bir tərəfdən qanunvericiliyi, digər tərəfdən qızının hüquqlarını pozur. Bəzi valideynlər elə fikirləşirlər ki, uşaq onlarındırsa, kimə istəsələr, ərə verə bilərlər. Bu, tamamilə yanlış düşüncədir. Böyüklərin əsas məqsədi o olmalıdır ki, uşaqlarını sağlam mühitdə böyütsünlər”.

 

H.Hüseynova ailədaxili problrmlərə də toxunub. O deyib ki, bir çox hallarda valideyn-uşaqlar arasında olan münasibətlər bir çox hallarda düzgün qurulmur, onlar bir-birlərini başa düşmürlər.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi