Modern.az

Deputat bankların çoxluğundan ŞİKAYƏTLƏNDİ

Deputat bankların çoxluğundan ŞİKAYƏTLƏNDİ

18 Noyabr 2016, 12:45

Deputat: “Azərbaycana 15-20 bank kifayətdir”.

 

“Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib”.

 

Deputat bildirib ki, hazırda Azərbaycanda 15-20 bankın olması kifayət edir.

V.Əhmədov söyləyib ki, gələn il kommunal xidmət tariflərinin yenidən qaldırılması planda yoxdur:

 

 “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir. Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik.

Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi