“Bakı Metroploteni” QSC “Həzi Aslanov" metrostansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda yaşanan narahatlıqla bağlı məsələyə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında narahatlıq üçün heç bir əsas olmadığını bildirib:
“Bu xəbər çox şişirdilib. Sadəcə qatarda texniki nasazlıq qeydə alındığından sərnişinlər təxliyə olunub. Nasazlıq olan qatar depoya göndərilib. Onun əvəzinə xəttə dərhal başqa qatar buraxılıb. İntervalda 2-3 dəqiqəlik gecikmə baş verib ki, hazırda bu da aradan qaldırılıb”.
Hadisəni saat təxminən 10:30-da 22 saylı qatarda baş verdiyini deyən N.Paşayev metropolitenin əvvəlki qrafikdə çalışdığını qeyd edib.
Yayılan məlumatlarda qatarda olan sərnişinlərin hansısa təhlükə səbəbindən təcili şəkildə vaqondan təxliyə edildiyi bildirilmişdi.
Gülşən RAUFQIZI