Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq.
Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.
Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistan İslam Respublikasının dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Ağa AKİFOĞLU