Modern.az

Ədliyyə Nazirliyində yeni idarə yaradıldı

Ədliyyə Nazirliyində yeni idarə yaradıldı

18 Noyabr 2016, 19:36

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 420 ştat vahidi müəyyən edilib.

Bundan əvvəl işçilərin say həddi 380 ştat idi.

2-ci hissəyə aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilib:

“İnformasiya-kommunikasiya texnologiyaları idarəsi”;

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi