Modern.az

Almaniya ilə hərbi əməkdaşlıqla bağlı məsləhətləşmələr aparılıb

Almaniya ilə hərbi əməkdaşlıqla bağlı məsləhətləşmələr aparılıb

18 Noyabr 2016, 20:43

Almaniyada noyabrın bu ölkənin Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin təmsilçiləri və Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmə aparılıb.Görüşdə ikitərəfli hərbi əməkdaşlığın indiki vəziyyəti və inkişaf perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. Bu ilin nəticələri və ikitərəfli əməkdaşlıq proqramının nailiyyətləri ümumiləşdirilib, 2017-ci il üçün ikitərəfli əməkdaşlıq proqramının layihəsi tərtib olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq və hərbi təhsil sahəsində Azərbaycan-Almaniya birgə fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi