Dekabrın 21-də “Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin, “Baku Fashion Night” təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək.
Modern.az xəbər verir ki, yarmarkada Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq və tədbirdə iştirak edən qonaqlar Yeni il qabağı qarderobları üçün hədiyyələr əldə edə biləcəklər.
Rahat geyinib-soyunma otaqlarının təşkil olunması hər bir modapərəst xanımın dizaynerlərdən istənilən bəyəndiyi obrazı geyinib baxmağa və almağa imkan verəcək. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində, maraqlı proqramla keçiriləcək və heç bir qonaq hədiyyəsiz qalmayacaq.
Qeyd edək ki, layihənin iştirakçıları - əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova, dizaynerlər Lalə Ağayeva, Gülüm Əsədullayeva, Günel Behbudova, Günay Quliyeva, Nərgiz Muxtarova brend “by NRGZ”, Sehri Rəhimova, Günay Mirzə, Yekaterina Eren, Liana Allahverdiyeva və başqalarıdır.
“ Baku Fashion Night” 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir.