Modern.az

Poroşenko 6 saat dindirilib

Poroşenko 6 saat dindirilib

Aktual

19 Noyabr 2016, 16:18

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevin Avropa meydanındakı çinayət işi üzrə dindirilib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sorğu-sual noyabrın 29-da keçirilməli olsa da, dünən Prezident Administrasiyasında baş tutub.

 

Dindirilmə 6 saat çəkib. Prezident Maydan işinin bəzi epizodları ilə bağlı sorğu-sual edilib.

Ukrayna Baş Prokurorluğunun xüsusi araşdırma departamentinin rəisi Sergey Qorbatyuk bildirib ki, Maydan işi ürə 70 şübhəli axtarışa verilib. Onların arasında ölkədən qaçan keçmiş prezident Viktor Yanukoviç də var.


Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi