Modern.az

İdmançılarımız 4 qızıl medal qazanıb

İdmançılarımız 4 qızıl medal qazanıb

20 Noyabr 2016, 23:35

İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4 qızıl və 1  gümüş medal qazanıblar. Modern.az saytı xəbər verir ki, Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasının məlumatına görə, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib. Yarışda “Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi