Modern.az

Bakı Limanı bu il nə iş görüb? - RƏQƏMLƏR

Bakı Limanı bu il nə iş görüb? - RƏQƏMLƏR

21 Noyabr 2016, 16:52

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2016-cı ilin 9 ayının hesabatı təqdim olunub.

 

Modern.az xəbər verir ki,  2016-cı ilin 9 ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də (Bakı Limanında) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.

 

Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TIR) , o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı limanından istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3.2 dəfə artıb.

 

Əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub. Ümumi yükaşırmanın həcmi keçən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3,25 milyon tona çatıb. Ümümi yükdaşırmaların 86.6%-i tranzit yükaşırmaların payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb. Son doqquz ayda Bakı Limanı vasitəsilə 16255 ədəd irihəcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11110 ədəd artım deməkdir.

 

Bunların 9323 ədədi (57.4%) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi (42.6%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. 2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73% artaraq 13859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79.8 % artaraq 1.24 milyon ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə terminalında vaqon aşırılması 13% artaraq 25582 ədədə çatıb.

 

Bunlardan 7240 vaqon (28%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşıma keçən ilin müvaqfiq dövrü ilə müqayisədə 2.3 dəfə artaraq 17011 nəfər olub. Bakı şəhərində yerləşən əsas Yük Terminalında aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti mallarının idxalının payına düşür.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi