Modern.az

Ələtdə Azad İqtisadi Zona yaradılır - RƏSMİ

Ələtdə Azad İqtisadi Zona yaradılır - RƏSMİ

21 Noyabr 2016, 17:39

Bu gün Bakı beynəlxalq Dəniz Ticarət Limanı  QSC Ələtdə Dəniz Limanında mətbuat konfransı keçirib. Keçirilən konfransının məqsədi Bakı Beynəlxalq Hava limanının gördüyü işlər və gələcək planlar barədə məlumat verilib.

 

Modern.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov yaradılacaq Azad İqtisadi Zonanın Azərbaycan üçün əhəmiyyətlərindən danışıb.

 

Onun  sözlərinə görə, Azad ticarət zonasının yaradılması ilə bağlı müxtəlif təcrübələr nəzərdən keçirilib.

 

“Bildiyiniz kimi Cəbələli  1985-ci ildə Dubayda  yaranmış bir azad ticarət zonasıdır. Yaranan vaxt Dubayda Cəbələli ətrafında yalnız bir bina var idi. Çox az insan inanırdı ki, Dubay əmirliyinin ümumi daxili məhsulunun 20 faizini məhz Azad İqtisadi Zona sahəsi verəcək. 2013-də Cəbələlinin ümumi dövriyyəsi 100 milyard dolları keçib. Cəbələli nəinki Dubayda, dünyada marka olub. Bütün regionun əsas qovşağı olub. Biz də ümid edirik ki, Bakı Limanının ətrafında da buna bənzər bir inkişaf modeli ortaya qoyacağıq. Burada Dubaydakı kimi birpəncərəli sistem işə düşəcək və düşünürük ki, 5-6 ildən sonra nəticələrini verməyə başlayacaq”.

Cənab prezident İlham Əliyev bu layihəyə böyük diqqət ayırır. Cənab prezidentin tapşırığı ilə Bakı Limanı 3 təməl prinsipə söykənir: şəffaflıq, beynəlxalq standartlara müvafiq iş görmək, müasirlik. Bu layihənin icrası üçün müvafiq sərəncamlar imzalanıb. Sentyabr ayının 7-də məhz Cəbələli Azad Ticarət Zonasını idarə edən şəxslərlə biz məsləhətçi xidmətinin göstərilməsi üçün müqavilə imzalamışıq.

 

Ələt yaxın illərdə böyük şəhərə çevriləcək. Azad İqtisadi Zona üçün 400 hektar yer ayrılıb, gələcəkdə daha 2 min hektar ayrıla bilər. Burada olacaq kompleksin düzgün və dünya standartlarına uyğun yaradılması əsasdır. Dünyada bir çox azad ticarət zonaları yaranıb, ancaq onlar bu işə tam sahiblənə bilməyiblər. Elə bir sistem yaratmalıyıq ki, bütün sahibkarlar digər ölkələri deyil bizi seçsinlər. Qovşaqların qovşağı məhz Bakı olmalıdır. Ələt bu gün kiçik bir şəhərcikdir. Amma 20 sonra böyük bir şəhər olmalıdır. Gələcəkdə Ələtdə hava limanı və digər komplekslərin inşa edilməsi planlaşdırılır. Sahibkarların fəaliyyəti üçün bütün məsələlər diqqətə alınacaq.

 

Ən vacib məsələlərdən biri bu işin təməlinin düzgün qoyulmasıdır. Ona görə biz ciddi müttəfiqlərlə bu işin içinə girmişik və inanıram ki, hal-hazırda görülən işin təməlində düzgün, etibarlı hüquqi bir rejim dayanır. 25 ildə Azərbaycanın iqtisadiyyatının təməli neft sektoru olub.  Ancaq indi qeyri-neft sektoruna diqqət ayrılmalıdır.  Bu zonada “Made in Azərbaijan”  brendi yaranması gözlənilir. Bunun da Azərbaycan iqtisadiyyatına çox böyük faydası olacaq”.  

 

Baş direktorun sözlərinə görə, Bakı Limanı dövlət büdcəsində maliyyələşmir.

“Prinsip olaraq dövlət büdcəsindən maliyyələşməmə yolunu seçirik. Özümüz rəqabət qabiliyyətli olaq, özümüz öz təsərrüfatımızı düzgün quraq və bu bizə maliyyə gəlirləri gətirsin, inkişaf  edək. Cəmiyyət olaraq buna layiq olmuşuq. Burda iki əsas investisiyaya  ehtiyac olan amillər var. Birincisi torpaq sahibi dediyimiz konsept var. Bu konseptdə tələb olunan ən sadə infrastrukturu yaratmaqdır. Yolu, kanalizasiya sistemini, telefonu, interneti , suyu, qazı təmin etmək lazımdır. Bizim fikrimiz ondan ibarətdir ki, infrastruktur üçün tələb olunan maliyyəni də xarici investorların sərmayəsi hesabına ödəyək. Bizim burda məqsədimiz dövlətə ağırlıq düşməməsini təmin etməkdir. Əsas prinsipimiz layihənin özünü maliyyələşdirməsidir”.

Direktorun çıxışından sonra media nümayəndələri  Bakı Dəniz Limanı ilə əyani şəkildə tanış oldular.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi