Modern.az

Dünyada ilk mavi şərab

Dünyada ilk mavi şərab

21 Noyabr 2016, 23:14

İspaniya şirkəti yeni ixtirası ilə ənənəvi şərab istehsalçılarını silkələyib. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, "Gïk Blue" adı verilən şərablar dünyada ilk belə istehsaldır.

Şərabın yaradıcılarından olan Aritz Lopez ideyasını reallaşdırmaq üçün Bask Üniversitetinin kimyaçılarından yardım alıb.

Şərabda mavi rəngi almaq üçün onlar təbii üsuldan istifadə ediblər. "Gïk Blue" qırmızı və ağ üzümlərin müxtəlif növlərinin iki orqanik piqmentindən alınır: qırmızı üzümün qabığındakı antosiyanin və qırmızı-mavi qida boyası olaraq istifadə edilən, indigotin adlı orqanik birləşmələrdən.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi