Modern.az

Azərbaycanlı səfir Efiopiyanın birinci xanımı ilə görüşdü - FOTO

Azərbaycanlı səfir Efiopiyanın birinci xanımı ilə görüşdü - FOTO

22 Noyabr 2016, 11:51

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın birinci xanımı Roman Tesfaye ilə görüşüb.

 

Səfirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın hələ ötən əsrin 60-ci illərindən Efiopiya ilə təhsil və elm sahəsində yaxın münasibətlərinin olduğunu bildirən səfir E.Abdullayev, respublikamızın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb. Dövlətimiz tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, onun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətlərarası dialoqda qadının roluna həsr olunmuş və ümumiyyətlə bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. 
Səfir E.Abdullayev, həmçinin, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə "Gənc qızların təhsili" adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

 

Efiopiyanın birinci xanımı Roman Tesfaye müasir dünyada, xüsusən də Afrika qitəsində gənc qızların bir çox problemlərlə üzləşdiyini qeyd edərək, ölkəmizin bu sahədə geniş fəaliyyətini yüksək qiymətləndirib. Birinci xanım Azərbaycan Respublikası ilə bir çox aktual sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi