Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqts ABŞ yığmasında qovulub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, texniki direktor səlahiyyətlərini icra edən Foqts baş məqşçi Yurgen Klinsmanla birlikdə Vəzifələrindən azad olunublar.
Buna səbəb ABŞ yığmasının son 3 rəsmi matçında uğursuz nəticələr göstərməsi ilə bağlıdır.
Yurgen Klinsman 2011-ci ildən ABŞ yığmasına başçılıq edir. Berti Foqts isə Azərbaycan millisindən ayrıldıqdan sonra ona qoşulmuşdu.
Vüqar İSMAYILOV