Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə heyvandarlıqda süni mayalamanın aparılmasının vacibliyini qeyd edib. Ölkədə heyvandarlığı inkişaf etdirmək məqsədi ilə süni mayalama tədbirlərinə 2006-cı ildən başlanılıb. 2010-cu ildə isə respublikada ilk dəfə olaraq Süni Mayalama Mərkəzi istifadəyə verilib və süni mayalamanın geniş şəbəkəsi yaradılıb.
Modern az saytı o dövrdə kənd təsərrüfatı naziri İsmət Abasovun bilavasitə rəhbərliyi altında heyvandarlıqda süni mayalama tədbirlərinin başlanmasının təşəbbüskarı və onun bütün ağırlığını öz üzərinə götürərək, bu işin başında duran, uzun illər Kənd Təsərrüfatı Nazirliyində heyvandarlıq baş idarəsinin rəisi işləmiş Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovdan bu barədə şərh verməyi istəyib. O, deyib:
- Heyvandarlıqda süni mayalama həyatın tələbi olaraq, zərurətdən irəli gələn bir vəzifə kimi başlanılmışdır.Çünki, heyvandarlığı ağır vəziyyətdən digər tədbirlərlə yanaşı yaln;z süni mayalanma çıxara bilər. Sovetlər İttifaqının süqutundan sonra Azərbaycanda xaotik bir vəziyyət yaranmışdır. 1992-ci ildən başlayaraq kolxoz və sovxozlarda hər il 20-30 min baş iri buynuzlu mal-qara, 60-70 min baş qoyun və keçi azalırdı. Təsərrüfatlarda ən çox yüksək məhsuldar inək və camışlar, eyni zamanda düyələr talan edilirdi.Belə vəziyyət məhsul istehsalına ciddi təsir göstərirdi.Hər il respublikada orta hesabla 10-15 min ton ət və 30-40 min ton süd azalırdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq göstərişlərinə əsasən 1996-cı ildən heyvandarlıqda islahatlar başlandı. İlk növbədə kolxoz və sovxozlar ləğv olundu, ictimai təsərrüfatlarda olan iri və xırda buynuzlu mal-qara əmlak payı kimi kəndlilərə paylandı..
Bundan əvvəl kolxoz və sovxozlarda olan cins və cinsi yaxşılaşdırılmış mal-qara artıq minlərlə xırda ailə kəndli və ev təsərrüfatlarında saxlanılırdı.Xüsusilə damazlıq heyvanlar mütəxəssis nəzarətindən çıxmışdı. Cins hevanlar kəsilib satılırdı. Şəxsi təsərrüfatlarda olan heyvanlar küləş və keyfiyyətsiz otla yemləndirilirdiyindən məhsuldarlıq ildən-ilə aşağı düşürdü.İnək və camışların hər başından 900 kilioqram süd sağılırdı.Təsərüfatlarda törədici heyvanlar çatışmadığına görə 100 baş inək və camışdan 50-55 bala alınırdı. 45-50 faiz doğar heyvanlardan məhsul alınmırdı, qısır qalmış mal-qara havayı yem yeyirdi.
1998-ci ildə Heydər Əliyev Belarus Respublikasına rısmi səfərə gedəndə nümayəndə heyətinin tərkibində o vaxtki kənd təsərrüfatı nazirinin müvini İsmət Abbasov da varidi. O, heyvanların süni mayalanması barədə Minski vilayətinin təsərrüfatlarından zəngin məlumat toplamışdı. Nazirliyə qayıtdıqdan sonra heyvanların süni mayalanması ilə əlaqədar geniş kollegiya iclası oldu. Sonra isə məni yanına çagırıb dedi:
- Heyvandarlıqda süni mayalama işinə başlanılmalıdır.
Bunun üçün Nazirliyin geniş tədbirlər planı hazırlandı. Qısa müddətdə “Azərbaycan Respublikasında heyvanların Süni Mayalama Mərkəzinin yaradılması və süni mayalama şəbəkəsinin genişləndirilməsi” lahiyəsi hazırlanıb Prezident Administrasiyasına, Nazirlər Kabinetinə İqtisadiyyat və Maliyyə Nazirliklərinə təqdim olundu. Çox çətinliklə olsa da heyvanların süni mayalanması ilə əlaqədar 2006-cı ilin əvvələrində Nazirlər Kabinetinin xüsusi qərar qəbul etməsinə nail olundu. Həmin qərara əsasən Göygöl rayonunun ərazisində, akademik F.Məlikov adina Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində Respublika Suni Mayalama Mərkəzi yaradıldı.
Heyvandarlıqda süni mayalamanın təşkili barədə ilk bilgilər əldə etmək məqsədilə başda Baş nazirin müşaviri Musa Mənmədov olmaqla Türkiyəyə və Moldav Respublikasına nümayəndə heyəti göndərildi.Qərara alındı ki, bir daha başqa ölkələrdən Azərbaycana heyvan toxumu gətirilməsin və respublikanın özündə toxum istehsalı ilə məşğul olan Süni Mayalama Mərkəzi yaradılsın. Süni mayalama Mərkəzinin tikintisində Türkiyə modelindən istifadə olundu. Azərbaycanın Moldav Respublikası kimi kiçik bir ölkə olduğunu nəzərə alaraq, bu ölkənin iş təcrübəsindən istifadə edərək, Süni Mayalama Mərkəzində , hər birindən ildə orta hesabla 5000 doza heyvan toxumu almaq şərtilə ,21 baş törədici buğa alanması məqbil hesab olundu.
Törədici heyvanlar Rusiyadan, Fransadan, Almaniyadan alınıb gətirildi. Rusiya Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun alimləri tərəfindən Azərbaycanda embrion köçürmə yolu ilə alınan törədici buğa da Mərkəzə verildi. Burada istifadə olunan bütün cihaz və avadanlıqlarTürkiyənin kənd təsərrüfatı nazirinin təklifinə əsasən Fransadan alınıb gətirildi. Respublika Süni Mayalama Mərkəzini işə salmaq, toxumun alınması və saxlanılması texnologiyasını yerli mütəxəssislərə öyrətmək məqsədi ilə Amerikadan, Türkiyədən, Rusiyadan, Fransadan və İrandan mütəxəssislər dəvət olundu. Bu mütəxəssislərin köməyi ilə 2009-cu ildə Süni Mayalama Mərkəzindəki törədici heyvanlardan ilk toxumlar alindı. Beləliklə Fransadan,Niderlanddan,Rusiyadan , Türkiyədən və İrandan heyvan toxumunun alınıb gətirilməsinə son qoyuldu. Mərkəzin mütəxəssisləri Avropa və Asiya ölkələrinin bu sahədəki mütərəqqi təcrübəsini öyrənmək məqsədi ilə Fransaya və Türkiyəyə ezam olundular.
Beləliklə 2010-cu ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Respublika Süni Mayalama Mərkəzi istifadəyə verildi. Bu barədə respublika mətbuatında geniş məlumat yayıldı. Hal-hazırda burada 22 nəfər işləyir.
Bu sahədə nəzərdə tutulan tədbirləri həyata keçirmək üçün vəsait çatışmırdı.Maliyyə Nazirliyi süni mayalama tədbirlərinə indiki kimi tələb olunan qədər, gen-bol vəsait ayirmırdı.Saysız-hesabsız müraciətlərdən sonra,çox çətinliklə ildə 700-800 min manat vəsait ayırırdı ki, belə az vəsaitlə nəzərdə tutulan tədbirləri yerinə yetirmək mümkün olmurdu.2011-2012-ci illərdə isə süni mayalamaya qətiyyən vəsait ayrılmadı.
2007-ci ildən Respublika Süni Mayalama mərkəzində yaradılmış kurslarda süni mayalama texniklərinin hazirlanmasına başlanıldı. Kurslara ilk növbədə 40 yaşınadək zootexnik və baytar həkimləri cəlb olunduldr. Bu ixtisaslardan olan mütəxəssislər çox az olduqlarına görə ümumu orta təhsilli adamlar da müsahibə yolu ilə kurslara göndərildi. Beləliklə 500 nəfər süni mayalama texhiki hazırlandı. Vəsait olmadığını görə,süni mayalama texnikləri hazırlayan kurslar 30 gün əvəzinə 10 gün fəaliyyət göstərirdi.Kurslsrda təhsil alan dinləyicilərə ezamiyyə xərcləri ödənilrrdi.Süni mayalama texniklərinə, təcürübə qazanmaları və “ayağa durub” möhkəmlənmələri üçün işlədikləri birinci ildə az da olsa əmək haqqı verilirdi. Onlar dünyanın bütün ölkələrindı olduğu kimi təsərrüfat hesabına fəaliyyət göstərirlər. “İşlə və qazan” prinsipi onların fəaliyyətinin əsasını təşkil edir.
Dövlət büdcəsindən tələb olunan qədər vəsait ayrılmadığına görə süni mayalama texniklərinin istifadə etdikləri avadanlıqları Fransadan almaq əvəzinə, məcburiyyət qarşısınds qalıb, nisbətən ucuz qiymətə Moskvadan və Xarkovdan almalı olurduq.
Süni mayalama texniklərinə dəyəri ödənilmədən , dövlət büdcəsinin vəsaiti hesabına təmənnasız olaraq süni mayalama avadanlığı dəsti, yedəkli motosklet, işlədikləri birinci ildə 168 doza heyvan toxumu və 224 litr maye azot verildi.
Süni mayalama texnikləri işə başladıqları ikinci ildən öz şəxsi vəsaitləri ilə bir doza heyvan toxumunu Respublika Süni Mayalama Mərkəzindən 2,50 manata, bir litir maye azotu isə 0,60 manata alırlar. Onlara təklif olunmuşdur ki, bir süni mayalama xidmətini, kəndlərin yaxın və uzaqlığından asılı olaraq 15-20 manata həyata keçirsinlər. İnək və camışlarda təkrar süni mayalama apararkən sahibkarlardan yalnız toxumun və maye azoyun dəyərini alsınlar. Vicdanla işləyən sünü mayalama texnikləri daha çox heyvanı süni mayaladıqlarına və bu heyvanlardan daha çox bala aldıqlarınagörə daha çox qazanır və ailələrini firavan dolandırırlar. Süni mayalama işini zəif aparan süni mayalama texnikləri hər il Süni Mayalama Mərkəzində təşkil olunan təkmilləşdirmə kurslarına cəlb olunudular. İlk zamanlar heyvanların süni mayalanması çox ləng gedirdi, kəndlərdə süni mayalamaya inam yox idi. Kənd adamları süni mayalama texniklərini həyətlərinə buraxmırdılar.Çünki, o vaxta qədər kəndlinin təsərrüfat ənənələrində süni mayalama yox idi. Onların süni mayalama barədə məlumatları çox məhdud idi. Ona görə də kəndlərdə geniş izahat işlərinə başlanildı. Bunun üçün mənim tərəfimdən süni mayalanmaya dair sənədli film hazırlandı.Yaxşı danışıq və inandımaq qabliyyəti olan 30 nəfər təşviqatçı hazırlanıb kəndlərə göndırildi. Mütəxəssislər yerlərdə süni mayalamanın əhəmiyyəti və üstünlükləri barədə kəndlilər və sahibkarlar qarşısında tez-tez çıxış edirdilər, sonra isə həmin film göstərilirdi. Mütamadi olaraq radio və televiziyada bu barədə çıxışlar təşkil olundu.Süni mayalama yolu ilə alınan buzov və balaqların rayon mərkəzlərində və kəndlərdə adamların çox toplaşdıqları yerlərdə sərgiləri təşkil olundu.Aparılan işlər öz müsbət nəticəsini biruzə verməyə başladı. Tədricən süni mayalama işi genişlənməyə başlandı.
Hər ay yerlərdə, kənd və qəsəbələrdə süni mayalama ilə alınan buzov və balaqların monitorinqini keçirib, süni mayalama barədə məlumatların şişirdilməsinin qarşısı alinirdı. Bir sözlə hər bir süni mayalama texniklərinin işi ciddi nəzarətə götürülüb, onlara qarşı təsirli tələbkarlıq göstərilirdi.
Süni mayalamada əsas məqsəd, əsas vəzifə və əsas göstərici yüksək məhsuldar törədici heyvanların toxumu ilə süni mayalanmış inək və camışlardan buzov və balaqların alınmasıdır. Neçə baş heyvanda süni mayalanmanın aparılmasının heç bir əhəmiyyəti yoxdur. O vaxtlar dəfələrlə Dövlət Statistika Komitəsinə təklif verilmişdir ki, süni mayalandırılan heyvanlarin baş sayı ilə yanaşı, onlardan alınan buzov və balaqların baş sayı barədə də məlumat verilsin. Beynəlxalq aləmdə hər 100 baş süni mayalanan heyvandan 70 baş balanin alinması normal hesab olunur. Lakin süni mayalama texniklərindən Ağdam rayonundan Müşviq Muradov, Samux rayonundan Məhəmməd Altinöz, Sabirabad rayonundan Mayıl xazikov, Xaçmaz rayonundan Alltay Şıxzadayev və Ömər Lamidze, Şəkidən Elxan Salmanov, Biləsuvardan İslam Məcidov, Ağcabədidən Bakir Həsənov, Naxçıvan MR-dən Qənbər Bağırov süni mayaladıqları hər 100 baş heyvandan 82-85 bala alirlar ki,bunlar əla göstəricilərdir.
Süni mayalanan heyvanların sayı Süni Mayalanma Mərkəzindən alınan heyvan toxumlarının miqdarına uyğun olmalıdır. Beynəlxalq təcrübəyə əsasən hər bir baş inəyin və camışın süni mayalanmasına 1,2 doza heyvan toxumu sərf oiunmalıdır. Bəzi süni mayalama texnikləri Kənd Təsərrüfatı Nazirliyinə şişirdilmiş, həqiqətə uyğun olmayan saxta rəqəmlər göndərirdilər.Məsələn, konkret bir misal göstərmək istəyirəm. Bəzi süni mayalama texnikləri süni Mayalama Mərkəzindən 15 doza heyvan toxumları aldıqları halda 50 baş heyvanı süni mayaladıqları barədə məlumat verirdilər. Onlar unudurdular ki, rəqəmləri şişirtməklə dövləti aldadırdır və böyük məsuliyyətsizliyə yol verirdilər.
Respublikada süni mayalanmanın genişlənməsində və Süni Mayalama Mərkəzinin yaradılmasında kənd təsərrüfatı naziri İsmət Abasovun çox böyük xidmətləri vardır və onun bu sahədə xidmətləri danılmazdır. O, hər həftənin 5-ci günü Nazirlikdə və rayonlarda süni mayalama ilə əlaqədar müşavirələr keçirir və qarşıya çıxan problemləri operativ qayda da həll edirdi.İsmət Abasov cənabları olmasaydı, yəqin ki, respublikada heyvanların süni mayalanması da olmazdı və Süni Mayalama Mərkəzi də yaranmazdı. 2010-cu ildə Respublika Süni Mayalama Mərkəzi istifadəyə veriərkən onun necə sevindiyini və qürur hissi keçirdiyini unuda bilmirəm. Son iki ildə ölkə Prezidentinin Sərəncamı ilə süni mayalama tədbirlərinə tələb olunan qədər, gen-bol vəsaitin ayrılması çox sevindirici haldır. Bunun hesabına hal-hazırda Respublika Süni Mayalama Mərkəzinin genişləndirilməsi istiqamətində fəal iş aparılır.
Süni mayalanma heyvandarlıqda inqiabi bir işdir. Həqiqi süni mayalanma varsa ət də olacaq, süd də.Süni mayalamanın əsas məqsədi az məhsuldar mai-qaranın cins tərkibini yaxşılaşdırmaqla onun məhsul verimini və potensial inkanlarını intensiv qaydada artırmaqdan ibarətdir. Heyvandarlıqda süni mayalama dövlətin heyvandarlıqda apardığı siyasətin tərkib hissəsidir. Ona görə də bu işin geniş yayılması üçün var qüvvə ilə çalışmalıyıq.