Modern.az

"Mercedes" atlı kişini vurdu - kişi öldü, at sağ qaldı

"Mercedes" atlı kişini vurdu - kişi öldü, at sağ qaldı

23 Noyabr 2016, 11:55

Noyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Şahsevən kəndində rayon sakini Həsənağa Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurub. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,  hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş A.Azadov noyabrın 22-də orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi