Modern.az

İŞİD-in “informasiya naziri” öldürüldü

İŞİD-in “informasiya naziri” öldürüldü

23 Noyabr 2016, 13:02

İraq ordusu İŞİD qruplaşmasının Mosuldakı mövqelərinə hava zərbələri endirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində qruplaşmanın “informasiya naziri” ölüb.

 

Onun İŞİD videolarının hazırlanmasında, internet saytlarının tərtib olunmasında və ekstremist ədəbiyyatın çap olunmasında önəmli rol oynadığı bildirilir.

 

Xatırladaq ki, oktyabrın 17-dən İraq ordusu Mosulu azad etmək üçün irimiqyaslı əməliyyata başlayıb.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi