Modern.az

“Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil”- Ziya Məmmədov

“Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil”- Ziya Məmmədov

Aktual

23 Noyabr 2016, 22:45

Nəqliyyat naziri Ziya Məmmədov oğlunun ABŞ prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbərə münasibət bildirib. Modern.az saytı Musavat.com-a istinadən xəbər verir ki, nazir dəvətdən xəbərsiz olduğunu vurğulayıb: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.

Qeyd edək ki,  “Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub. İş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi