Modern.az

“Qarabağ” üçün mühüm OYUN

“Qarabağ” üçün mühüm OYUN

24 Noyabr 2016, 09:57

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, “Qarabağ” səfərdə “Slovan”ın qonağı olacaq. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət daşıyır.

 

“Qarabağ” səfərdən  3 xalla qayıdacağı təqdirdə Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək.

Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a qalib gəlməlidir.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi