Modern.az

Rüfət Aslanlı:"Dövlət bu proseslərdən kənara çəkilə bilər"

Rüfət Aslanlı:"Dövlət bu proseslərdən kənara çəkilə bilər"

24 Noyabr 2016, 11:27

“Bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğində vəsait ödənilib”

 

Modern.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

 

Onun sözlərinə görə, hazırda təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir:

“Bu ödəniş 130 min əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid vəsaitləri var. Dövlət zəmanəti ilə Fonda kredit verilib. Lakin bu kreditlər Fond və ümumilikdə bank industriyasının  hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir”

 

R. Aslanlı bildirib ki, dövlətin proseslərdən kənara çəkiləcəyi vaxta da aydınlıq gətirib. O deyib ki, Fond kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna və əhaliyə dəqiq siqnal verilməlidir.

"Biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırdıqdan və öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər maliyyə dayanıqlığına malik olduqdan sonra dövlət bu proseslərdən kənara çəkilə bilər”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi