Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.
Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.
Hazırda binanın elektrik naqilləri yoxlanılır.
Modern.az