Modern.az

Masallıda ağır qəza: 1 ölü, 1 yaralı

Masallıda ağır qəza: 1 ölü, 1 yaralı

25 Noyabr 2016, 00:45

Masallıda  yol-nəqliyyat qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında  Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən  piyadaları,  Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI