Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Aleksey Puşkov, Avropa Parlamentinin (AP) bir gün fərq ilə Rusiya və Türkiyə ilə bağlı verdiyi qərarların Moskva və Ankaranı bir-birinə yaxınlaşdırdığını ifadə edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Puşkov Avropa Parlamentinin qərarlarını öz Twitter hesabında tənqid edib.
“Avropa Birliyi (AB) üçün vacib olan iki ölkə haqqında arxa-arxaya qərarlar alındı. Bu, dar düşünməkdir: Moskva və Ankaranı bir-birinə yaxınlaşdırmaq üçün daha yaxşı bir vasitə yoxdur”.
Qeyd edək ki, AP 23 Noyabrda “Sputnik” və “Russia Today” də daxil olmaqla rus mediasına qarşı siyasətin genişləndirilməsi qərarını təsdiqləyib.
Ötən gün isə Türkiyənin AB ilə davam edən üzvlük müzakirələrini müvəqqəti olaraq dondurulması haqda qərar çıxarıb.
Qafar Ağayev